İsrail hərbçiləri Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki binalarından birinə hücum ediblər.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi Qəzza zolağının şimalındakı Cəbaliyə bölgəsində yerləşən və əvvəllər BMT mərkəzi kimi istifadə edilən binada məskunlaşan radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarından ibarət dəstə olub.
İsrail hərbçilərinin məlumatına görə, zərbə zamanı bura HƏMAS-ın hərbi qanadının qərargahı olub və oradakı radikallar İsrail əsgərlərinə qarşı hücumlar planlaşdırıblar.