Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda ictimai nəqliyyatın əlçatan olması üçün növbəti addımları atıb.
Lim10.az xəbər verir ki, bu barədə AYNA məlumat ayıb.
Bildirilib ki, Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna qədər fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhiş bağlarına qədər uzadılıb.
Yeni Ramana yaşayış sahəsini metronun "Koroğlu" stansiyası və "8-ci km bazarı" ilə əlaqələndirən 214 nömrəli marşrut üzrə sərnişin tələbatı nəzərə alınaraq avtobus sayı 24-ə çatdırılıb. Nəticədə avtobusların hərəkət intervalı azalıb.