Balaca Nuranənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Ləman Əsədova məlumat verib.
O bildirib ki, övladının müalicə üçün dəstəyə ehtiyacı var:
"Nuranə 2022-ci ilin noyabr ayında dünyaya gəlib. Doğulduğu ilk dövrlər hər şeyin qaydasında olduğunu düşünsək də, sonradan onun qaraciyərində böyümə olduğunu öyrəndik. Həkimlər bunun səbəbinin qaraciyər sirrozu ola biləcəyini dedilər".
Gənc ana övladının müalicəsi üçün Türkiyəyə getdiklərini deyib:
"Biz Nuranənin analizlərinin cavabını Türkiyədə yerləşən xəstəxanalardan birinə göndərmişdik. Həkim analizlərin əskik olduğunu və təcili müayinə üçün ora yollanmalı olduğunu dedi. Biz sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyəyə yollandıq. Orda müayinələrdən keçdik, həkimlər Nuranənin müalicələrini davamlı etməli olduğumuzu bildirdilər. Hazırda Nuranənin müalicəsini davam etdirə bilmək üçün 600 manata ehtiyacımız var. Nuranə mənim yeganə övladımdır, inanın, onun belə bir xəstəliyinin olması mənə çox ağır təsir edir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 649-47-91.
Kapital Bank: 4169 7388 4066 7707.