Təzyiqin ölçülməsi zamanı edilən ƏSAS SƏHV

İnsanlar təzyiqin ölçülməsi zamanı bir sıra səhvlər edirlər.

Lim10.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə "Johns Hopkins" Tibb Mərkəzindən olan amerikalı tədqiqatçılar izah veriblər.

Onların sözlərinə görə, arterial təzyiq ölçülən zaman əlin vəziyyəti nəticələrə əhəmiyyətli dərəcədə təsir edə bilər. Bunu eksperimentlər sübut edib. Məlum oldu ki, dəqiq göstəricilər əldə etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır.

Tədqiqatda 18-80 yaş arası 133 könüllü iştirak edib. Təzyiq ölçülməzdən əvvəl iştirakçıların sidik kisələrinin boş olmasına diqqət edilib, onlar iki dəqiqə gəziblər və beş dəqiqə oturublar. Sonra hər birinin təzyiqi 30 saniyə intervalla bir neçə dəfə ölçülüb.

Alimlər aşkar ediblər ki, əgər tonometr olan əl dizlərin üstündə olardısa, sistolik (yuxarı) təzyiq 3,9 mm c.s., diastolik (aşağı) təzyiq isə 4 mm c.s. artır.

Göstəricilərdə ən əhəmiyyətli xətalar əl dayaqsız bədən boyunca sallandıqda müşahidə olunub.

Tədqiqatçılar vurğulayırlar ki, təzyiqin dəqiq ölçülməsi üçün düz söykənəcəkli stulda oturmaq və əli masanın üstünə qoymaq lazımdır. Eyni zamanda, əl üçün dayağın çox aşağı olmaması vacibdir.

Qeyd edək ki, arterial təzyiq ürək-damar sisteminin sağlamlığının vacib göstəricisidir. Onun müntəzəm nəzarəti problemləri vaxtında aşkar etməyə və lazımi tədbirlər görməyə imkan verir.