Mühərrik qəfil sönüb və işə düşmür: Motorun yolun ortasında "yatmasının" dörd səbəbi

İşlək bir yolla gedirsiniz və birdən avtomobiliniz gücünü itirməyə başlayır, sonra tamamilə sönür. Belə bir ssenari hətta təcrübəli sürücünü də qəfil yaxalaya bilər. Bəs bu cür xoşagəlməz "sürpriz"in səbəbi nədir?

Lim10.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi İqor Boyarski mühərriyin qəflətən sönməsinin səbəblərindən danışıb.

Onun sözlərinə görə, birinci səbəb yanacaq sistemində gizlənir. Tıxanmış və ya zədələnmiş yanacaq filtri yanacağın vurulmasını məhdudlaşdırır ki, bu da mühərriyin dayanmasına gətirib çıxarır.

"İkinci mümkün nasazlıq alışdırma problemləri səbəbindən işləməyi dayandıra bilər. Bu, adətən nasaz şamlar, çatlamış alışdırma modulu və ya sıradan çıxmış sarğılar səbəbindən baş verir", - deyə o əlavə edib.

İqor Boyarski qeyd edib ki, mühərriyin idarəetmə sistemi - problemlərin daha bir potensial mənbəyidir.

"Hava kütləsi sərfiyyatı və drossel qapağının vəziyyəti sensorlarının qeyri-dəqiq göstəriciləri mühərriyin işində nasazlıqlara və onun dayanmasına gətirib çıxarır".

Ekspert vurğulayıb ki, nəhayət, termostatın nasazlığı və ya soyuducu mayenin sızması səbəbindən mühərriyin həddindən artıq qızması da avtomobilin qəflətən "yatmasına" səbəb ola bilər.