Bakıda intihar edən şəxs müəllim imiş

Oktyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisindəki evlərdən birində intihar hadisəsi olub.

"Unikal"ın məlumatına görə, 37 yaşlı Ruslan İmanov kirayədə yaşadığı evdə özünü asıb.

Məlum olub ki, R.İmanov riyaziyyat müəllimi imiş. Onun maddi durumunun pis olmasına görə canına qəsd etdiyi deyilir.