Ağcabədidə qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

Lim10.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

Ondan bir rezin qayıq, iki avar, iki tor, bir akkumulyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.