Bakının Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində evlərin həyətlərinə və zirzəmilərinə qrunt suları dolur.
Qəsəbə sakinləri bildiriblər ki, ilin bütün fəsillərində qrunt suları həyətlərinə, evlərinin zirzəmilərinə dolur. Yağış yağanda isə vəziyyət daha da dözülməz olur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə hazırda mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qrunt sularına dair müraciət rayon sukanal idarəsinə daxil olan kimi qəza briqadası əraziyə cəlb edilir və suların çəkilməsi işləri həyata keçirilir.
Xəzər Rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"in sorğusuna cavab olaraq qeyd edilib ki, qəsəbə ərazisindən qrunt sularının kənarlaşdırılması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə müraciət ünvanlanıb. Ərazinin nəzarətdə saxlanılması məqsədilə müvafiq tapşırıq verilib.
Ətraflı süjetdə:
Bakıda evlərin həyətlərini və zirzəmilərini qrunt suları basıb