Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyevə qarşı ittiham irəli sürülüb.
Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, mayor Sadiq Həsən oğlu Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə rüşvət alma ittihamı ilə üzləşib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Hazırda cinayət işi üzrə istintaq davam edir və hər bir fakta hüquqi qiymət veriləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.