Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"

Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib.

Onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır.

Nilayın nənəsi Sevil Babazadə doğmalarının yaşadığı həmin dəhşətli gecədən danışıb:

"Hücum zamanı Nilay bir yaş on aylıq idi, sərbəst danışa bilirdi. Şokdan ayılanda dedi ki, atam məni torpağın üstünə tulladı, sonra qaçıb qışqırdı. Ehtimal edirəm ki, atası Nilayı kənara qoyub qayıdanda bina çöküb və o, infarkt keçirib. Çünki Adil yaralanmamışdı, sadəcə kürəyində göyərmə var idi".

S.Babazadə nəvəsinə valideynlərinin həlak olduğunu söylədiyi zaman onun verdiyi reaksiyadan da söz açıb:

"Nilayla söhbət edəndə dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər. Başını aşağı saldı. Daha sonra dedi ki, mən bunu onsuz da bilirdim, sadəcə sənin üzülməyini istəmirdim".

Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"

Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər"