Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır.

Xezerxeber.az xəbər verir ki, 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

Prosesin test imtahanı mərhələsinin respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulur.

Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin şöbə müdiri İlahə Rəsulova onu da bildirib ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair əvvəlcədən görüşlər həyata keçirilib.

Ətraflı süjetdə:

Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?

Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?