Milli Məclis Xəzər dənizi ilə bağlı layihəni təsdiqləyib

Milli Məclisdə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", o cümlədən "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma"nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə baxılıb.

Lim10.az xəbər verir ki, layihəyə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində baxılıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mərahim Nəsib