Tramp: ""Epstein siyahısı"nı onlar yaradıblar"

"Demokratlar əvvəllər başqa məsələlərdə ictimaiyyəti çaşdırdıqları kimi, maliyyəçi Ceffri Epşteynlə bağlı sənədləri də uydurdular".

Lim10.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb: "İllərdir eyni — yenə Epşteyn. Obamanın və rüşvətə meylli Hillarinin yazdığı sənədləri niyə ictimaiyyətə açıqlamalı?"

Tramp iddia edib ki, Demokratlar Epşteyn ilə bağlı dosyeni keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqat Bürosu (FBI) rəhbərləri, eləcə də Co Bayden administrasiyasından "uğursuzlar və cinayətkarlarla" birlikdə hazırlayıblar.

Trampa görə, həmin şəxslər dünyanı saxta "Rusiya izi" nəzəriyyəsi, Hunter Baydenin noutbukundakı məlumatlar və digər hekayələrlə aldadıblar. O bildirib ki, Epşteyn dosyesi necə hazırlandısa, Hillary Klintonla bağlı saxtakarlıq və ona qarşı istifadə olunan "Christopher Steele" dosyesi də eləcə hazırlanıb. Və indi onun "sözdaşıyan dostları" bu oyunlara dəstək verir.

Tramp həmçinin bildirib ki, “radikal solçu dəli” adlandırdığı şəxslər həmin sənədlərdə respublikaçıya zərər verəcək bir məlumat olsaydı, mütləq onları ictimailəşdirərdilər.