Vladimir Zelenski Polşaya səfər edib

 

Ukrayna prezidenti Vladimir Zelenski Polşaya rəsmi səfərinə gəlib. Polşa Prezidentinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Marçin Pşidaç TVN24 telekanalına bildirib ki, o, artıq ölkə sərhədini keçib.

Günorta saatlarında Zelenski Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşəcək. Səfər zamanı Ukrayna prezidentinin də Varşavanın mərkəzində ölkədə yaşayan polyaklara və ukraynalılara müraciətlə çıxış edəcəyi gözlənilir.