"TələbəPlus" kartından avtobuslarda güzəşt tətbiqi niyə ləngiyir?
Bir neçə ay əvvəl "TələbəPlus" kartları tələbələrin istifadəsinə verilib.
Lim10.az İTV-yə istinadən xəbər verir ki, bu kartlar universitetə giriş və çıxışı təmin etməklə yanaşı debet bank kartı və tələbələrin təqaüd kartı kimi də yararlıdır. Əsas üstünlüyü imtiyaz və endirimlər təqdim etməsidir. Amma tələbələr bu fürsətin ictimai nəqliyyatda da rol oynamasını istəyirlər.
Onlar bildiriblər ki, yol xərcləri kifayət qədər çoxdur.
Təhsil üzrə mütəxəssislər isə düşünürlər ki, bir çox Avropa ölkələrinin təcrübəsində özünü doğruldan "nəqliyyatda tələbələrə güzəştlər"in ölkəmizdə də həyata keçirilməsi yaxşı olardı.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müxtəlif əhali qruplarından olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Ətraflı süjetdə: