SOCAR "sağlamlaşdırmaya" bəlkə baş ofisdən başlaya?!

Sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı yazır ki, SOCAR-ın "sağlamlaşdırma siyasətinin" reallaşdırılması Neft Emalı Zavodunda davam edir: "Belə ki, bu il 50 yaşı bitən işçilər zavodun İnsan Resursları Departamentinə ( rəhbəri Emin Kövsərov) çağırılıb, onlara işdən çıxma ərizəsi yazmaq təklif olunur. Bu isə prosesin uzun çəkəcəyini göstərir.
Bu il yəqin ki, 50 yaşı tamam olan başqa işçilər də "sağlamlaşma" prosesinə cəlb olunacaq.
Qeyd: Bəlkə SOCAR "sağlamlaşdırma siyasətini" baş ofisdə də reallaşdırasınız? Yoxsa xətirlərinə dəyər? Məsələn, 10 vitse-prezidentdən 5-nin yaşı bu siyasətə uyğundur! Bəs şirkət prezidentinin 20 müşavirinin, müavinlərinin, köməkçilərinin, vitse-prezidentlərin çoxsaylı müşavirlərinin, müavinləri, müavinin müavinlərinin, köməkçilərinin (50 nəfərdən artıq) necə, hələ 50 yaşı tamam olmayıb?!"

Dəmiz