Ermənistanda ehtiyatda olan hərbiçilər təlim toplanışına çağrılacaq
![](https://lim10.az/images/article/big/1680771840_48.jpg)
Erməni mediasının məlumatına görə, mayın 1-dən iyulun 7-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim toplantılarına çağrışı keçiriləcək.
Hökumətin qərarına əsasən, təlim-məşq toplanışında 2715-ə qədər vətəndaş iştirak edəcək. Onlardan 2431 nəfəri sıravi və gizir, kiçik zabit, 124 nəfəri yüksək rütbəli zabit, 160 nəfəri birləşmiş silahlar (motoatıcı, rabitə, kəşfiyyat, mühəndislik, raket-artilleriya) ixtisasları üzrə ehtiyatda olan zabitlərdir.
Həmçinin təlimlərə 278-ə qədər hərbi maşın cəlb olunacaq. Eyni zamanda hər bir nəqliyyat vasitəsi 7 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq. İcarəyə götürmə müddəti 25 təqvim günündən çox olmayan yol tikintisi avadanlığı yeganə istisnadır.