Etibarlı mənbələrin "Newsweek" nəşrinə sızdırdığı məlumatlara əsasən, Ukrayna aprelin 30-da genişmiqyaslı əks-hücumlara başlayacaq.
Nəşr bu barədə üç həftə əvvəl hazırlanan məxfi sənədlərə əsaslanaraq yazıb. Nəşrin dərc etdiyi 20 sənəddən birində Ukraynanın əks-hücumunda, doqquz briqadanın iştirak edəcəyi də qeyd olunub. Doqquz briqadanın iştirak edəcəyi hücumlarda ümumi texnikanın miqdarına 253 tank, 381 ədəd mexanikləşdirilmiş texnika, 480 ədəd avtomobil və 147 ədəd artilleriya qurğusu, əlavə olaraq 571 ədəd Amerika zirehli texnikası daxildir.
Sənəddə həmçinin bildirilir ki, ABŞ və müttəfiqlərinin əks-hücumlar üçün lazım olan Ukrayna qüvvələrinin təlimi, Ukrayna hüdudlarından kənarda keçirilir.