Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 döyüş təyyarəsi verib

 
Slovakiya Ukraynaya vəd etdiyi 13 MiQ-29 döyüş təyyarəsini təhvil verib.
Bu barədə Slovakiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 13 təyyarədən dördü mart ayında Ukraynaya təhvil verilib. Qeyd edək ki, Slovakiya Ukraynanı döyüş təyyarələri ilə təmin edən NATO üzvü olan ikinci ölkədir.