Navalnıya “ekstremizm”də günahlandırılır

Navalnıya ona qarşı qaldırılmış “ekstremizm” işi ilə tanış olmaq üçün 10 gün vaxt verilib. İş 196 cilddən ibarətdir


Mediazona-nın müxbiri məhkəmə zalından xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi Aleksey Navalnıya ona qarşı açılmış “ekstremizm” işi ilə tanış olmaq üçün 10 gün vaxt verib. İşin materialları ilə tanışlıq müddəti mayın 5-ə qədərdir.

Navalnının mətbuat katibi Kira Yarmış Twitter-də yazıb: “Bu o deməkdir ki, Alekseyin bu işi ilə bağlı böyük proses tezliklə başlayacaq.

İş materialları ilə tanışlıq müddətinin təyin olunduğu məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.