Çörək sexində BƏDBƏXT HADİSƏ: Zəhərlənənlər var

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.

Lim10.az "Report"a istinadən məlumat verir ki, Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.