Füzulidə avtomobil traktorla toqquşub, iki yaşlı uşaq ölüb

Füzulidə traktor minik avtomobili ilə toqquşub.
Lim10.az "Report"a istinadla xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Xəyyam İlham oğlu Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili 1997-ci il təvəllüdlü Əmrah İbrahim oğlu Məhərrəmovun sükanı arxasında olduğu "Belarus 892" traktoru ilə toqquşub.
Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.