Fox News Taker Karlsonu işdən qovdu

Fox News ən məşhur aparıcısını işdən qovdu

Taker Karlson media maqnatı Rupert Merdok və Vladimir Zelenski arasındakı söhbətdən qısa müddət sonra Fox News-dan qovulub. Teleaparıcı ABŞ-ın Ukraynaya yardımını tənqid edib.

Fox News məşhur aparıcı Taker Karlsonla müqaviləyə xitam verdi. O, Media maqnatı Rupert Merdok və Vladimir Zelenski arasındakı söhbətdən qısa müddət sonra Fox News-dan qovulub. Teleaparıcı ABŞ-ın Ukraynaya yardımını onun sahibi, media maqnatı Rupert Merdokun Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından qısa müddət sonra tənqid edib.

Jurnalist, Semafor nəşrinin həmtəsisçisi Ben Smitə məlum olduğu kimi, Murdok və Zelenski arasında əvvəllər məlum olmayan söhbət Karlsonun işdən çıxarılmasından bir neçə həftə əvvəl baş verib. Ukrayna prezidenti Fox News kanalını idarə etməyə kömək edən Rupert Merdokun oğlu Laçlanla da danışıb. Zelenski​ martın ortalarındakı gündəlik müraciətlərindən birində Murdok Jr. ilə söhbətini qısaca xatırladıb.

Karlson ABŞ-ın Ukraynaya yardımını ən sərt tənqid edənlərdən biri olub. Teleaparıcının çıxışları ukraynalı siyasətçilərin narazılığına səbəb olub.

Taker Karlson Amerikanın ən məşhur televiziya aparıcılarından biridir. Aprelin 24-də Fox News belə bir qərarın səbəblərini açıqlamadan Karlsonla müqaviləyə xitam verildiyini elan etdi. Karlsonun özü işdən çıxarılma ilə bağlı hələlik heç bir açıqlama verməyib.