Doludağıdan top istehsal ediləcək

Kareli bələdiyyəsində doluya qarşı torlar istehsal edən yeni müəssisənin açılışı olub.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, müəssisə dövlət və USAİD-in birgə kənd təsərrüfatı layihəsi çərçivəsində həyata keçirilib. 37 nəfər yerli sakinin işlə təmin edildiyi müəssisə Kareli bələdiyyəsinin Ruisi kəndində fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Naziri Otar Şamuqia bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd fermerləri mümkün qədər dolunun vurduğu ziyandan qorumaqdır. USAID-in Gürcüstandakı missiyasının direktoru Con Pennellin sözlərinə görə, yeni müəssisənin açılması Gürcüstan hökuməti ilə əməkdaşlığın ən yaxşı nümunəsidir.

Qeyd edək ki, müəssisə gələcəkdə doluya qarşı istifadə edilən topları ixrac etməyi də nəzərdə tutur.