Gecə səhərədək Xerson bombalanıb

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

Bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Onun sözlərinə görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb. Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.

Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.