Rəfsəncani SEPAH generalı barədə nələri açıqladı?

İranın eks-prezidenti Haşimi Rəfsəncaninin SEPAH generalının oğlunun Amerikaya qaçması ilə bağlı xatirələri dərc edilib.

"Didbane-İran" saytının yazdığına görə, İranın keçmiş prezidenti Haşimi Rəfsəncani 12 may 1998-ci il tarixli xatirələrində general Mohsen Rzayi ilə SEPAH-ın o vaxtkı baş komandanı genral Rəhim Səfəvi arasındakı fikir ayrılıqlarına toxunub.

Mohsen Rzayi 25 il öncə Haşimi Rəfsəncaniyə deyib ki, general Yəhya Rəhim Səfəvi onun əleyhinə açıqlamalar verib, mətbuat və siyasi qruplar ona qarşı sərt hücumlar və tənqidlər edib, ali rəhbərin (Xameneyi) mövqeyinin zəiflədilməsi istiqamətində zərbə vurub.

Mohsen Rzayi oğlu Əhmədin həyat yoldaşı ilə ayrıldığı və təhsil almaq üçün ABŞ-a icazəsiz getməsinə çox üzüldüyünü və çarə axtardığını danışıb.

O, həm də Həsən Ruhani (Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi) və parlamentin bəzi üzvlərinin ona qarşı çıxmasından şikayətlənib.