İran İsraillə müharibəyə gündə 5 milyon dollar ödəməyə hazırdır

İran "İslami Cihad" hərəkatına hər gün İsraillə müharibəyə görə 5 milyon dollar söz verib.

İsrail mediası bildirib ki, İran İslam Respublikası Fələstinin "İslami Cihad" hərəkatı ilə İsrail arasında silahlı qarşıdurmanın hər günü üçün hərəkata 5 milyon dollar ödəyəcəyini vəd edib.

Mayın 13-də İsrailin "Kanal 12" telekanalı hərbi və təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb ki, İranın maliyyə vədi sözügedən qruplaşmaya Qəzzada İsrail ordusu ilə Fələstinin "İslami Cihad" qüvvələri arasındakı son qarşıdurma zamanı verilib.

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani mayın 12-də Məşhəd şəhərindəki çıxışı zamanı deyib: “İnqilab rəhbərinin əmrinə əsasən, biz hamımız bacardığımız qədər sionist rejimin tamamilə məhv edilməsi üçün "müqavimət cəbhəsini" dəstəkləyirik".