Sərnişin təyyarəsi qırıcı ilə toqquşmaqdan son anda xilas oldu

ABŞ-də sərnişin təyyarəsi qırıcı təyyarə ilə toqquşmaqdan son anda qurtulub.

Lim10.az NTV-yə istinadla xəbər verir ki, təhlükəli anlar Delta Hava Yollarına məxsus sərnişin təyyarəsində qeydə alınıb.

Belə ki, təyyarə havada olarkən B-52 bombardmançı təyyarəsiilə toqquşmamaq üçün təhlükəli manevr etmək məcburiyyətində qalıb.

Hadisə cümə günü baş versə də, bazar günü ictimaiyyətə açıqlanıb.

Delta pilotu qəzadan qurtulmaq üçün etdiyi “aqressiv manevr”ə görə sərnişinlərdən üzr istəyib.

Pilot vəziyyətdən təəccübləndiyini deyib. O, Hərbi Hava Qüvvələrində radar olmasına baxmayaraq onlara məlumat verilməməsini başa düşmədiyini bildirib.

3788 saylı reys hadisədən sonra təhlükəsiz eniş edib. Hərbi Hava Qüvvələri hadisənin araşdırıldığını açıqlayıb.

Billurə Yunus