Polşa əhaliyə Rusiya ilə bağlı xəbərdarlıq etdi

Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.

Lim10.az axar.az-a istinadən bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Polşa vətəndaşlarına zəruri tələb olmadığı halda Rusiya ərazisini tərk etməyi tövsiyə edirik", - məlumatda deyilib.

Bundan əlavə, diplomatik nümayəndəlik Rusiya pasportu olan polyaklara xəbərdarlıq edib ki, onlar Rusiyada bundan sonrakı bütün şərtlərlə Rusiya vətəndaşı sayılırlar.