Zəngəzur dəhlizinin ABŞ-yə verilməsi məsələsi - Zaxarovadan reaksiya

Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional kontekstdən çıxararaq öz maraqlarına tabe etdirməyə çalışır. 

Lim10.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan regional tərəfdaşları olan Rusiya, İran və Türkiyənin köməyi ilə konstruktiv, qarşılıqlı məqbul həll yollarına can atarkən, Qərb oyunçuları region ölkələrinin maraqlarına məhəl qoymadan bu prosesə müdaxilə edirlər.

Brüsselin bu fəaliyyətini fürsətçil addım adlandıran Zaxarova bildirib ki, qərblilər siyasi uğurlarını bir daha bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz istəklərinə çevirmək niyyətindədirlər: “Qərbin hərəkətləri regionda təhlükəsizlik balansının pozulmasına gətirib çıxara bilər".

Zaxarova əlavə edib ki, Moskva Vaşinqtonun regionda nəqliyyat blokunun açılması məsələsinin (Zəngəzur dəhlizi) müzakirəsinə müdaxilə etmək cəhdlərini də qeydə alır. 

Zaxarovanın sözlərinə görə, Rusiya əmindir ki, Vaşinqton Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində artıq əldə edilmiş razılaşmalardan kənara çıxan təkliflər irəli sürmək iqtidarında deyil: “Qərblilərin qrup işinə dağıdıcı təsiri nəticəsində Ermənistan hakimiyyətinin mövqeyini dağıdıb”.

Zaxarova xatırladıb ki, regionda fəaliyyət göstərən nəqliyyat infrastrukturu MDB standartlarına uyğundur.

Xatırladaq ki, "Periodista Digita" (İspaniya) nəşrinin iddiasına əsasən, Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini ABŞ-yə verməyə razıdır. 

Nəşr Ermənistan, Azərbaycan və ABŞ razılaşdırılan gizli memoranduma istinad edib. Bildirilir ki, Ermənistanın Sünik (Zəngəzur) rayonundan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda “Tramp körpüsü” nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur.

Mürtəza