ABŞ Ukrayna üçün 180 milyon dollarlıq müqaviləni təsdiqlədi

ABŞ Ukrayna üçün hərbi avadanlığın tədarükü və hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərilməsi üzrə 180 milyon dollarlıq müqaviləni təsdiqləyib.

Lim10.az xəbər verir ki, bu barədə Pentaqon yanında Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bəyanat yayıb .

Paketə ehtiyat hissələri, avadanlıqların təkmilləşdirilməsi, kadr hazırlığı və logistik dəstək daxildir. Çatdırılmalar əvvəllər bağlanmış müqavilələr çərçivəsində həyata keçirilir.

Byanatda deyilir ki, müqavilə tərəfdaş ölkənin təhlükəsizliyini artırır və ABŞ-ın maraqlarına uyğundur.

Departament vurğuladı ki, tədarüklər bölgədəki hərbi balansa və ya Amerika ordusunun əməliyyat imkanlarına təsir etməyəcək.

Elvin

Lim10.az