"Biz vəziyyətin gərginləşməsini istəmirik"

İran İsraillə atəşkəsin pozula biləcəyini istisna etmir.

Lim10.az ” xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi “Habertürk”ə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-nin İsrailin İrana hücum etməsinə icazə verməsi və ardınca öz hücumları Tehranda inamsızlıq yaradıb: “İndi atəşkəs davam edir. Bu, yaxşıdır. Biz vəziyyətin gərginləşməsini istəmirik, amma eyni zamanda şəhərlərimizi, mülki insanlarımızı qorumaq üçün nə lazımdırsa, edərik”.

Nazir müavininin fikrincə, İsrailə qarşı həmrəylik gücləndirilməli, ABŞ-yə təzyiqlər artırılmalıdır: “Çünki İsrailə əsas dəstək göstərən güc ABŞ-dir. ABŞ-nin İsrailə hərbi dəstəyini dayandırması, onu BMT-nin Təhlükəsizlik Şurasında qorumaması üçün təzyiq göstərilməlidir. Əks halda rəsmi Təl-Əviv başqa ölkələrə də hücum edə bilər. Bu, bütün region üçün son dərəcə təhlükəli ssenaridir”.