Ukraynanın 300-ə yaxın PUA-sı məhv edildi

Rusiya Hava Hücumundan Müdafiə Sistemləri son 24 saat ərzində təxminən 300 Ukrayna PUA-sını məhv edib.

Lim10.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Telegram" kanalında bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 291 pilotsuz uçuş aparatı və üç "Vampir" raketi sıradan çıxarılıb.

Qeyd edilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri hava hücumundan müdafiə sistemləri Ukraynanın ümumilikdə 72 950 pilotsuz uçuş aparatını məhv edib.