Çin nadir torpaq metalları üzərində nəzarətindən Yaponiya ilə münasibətlərdə təzyiq vasitəsi kimi istifadə edib və bu hadisə ABŞ üçün ciddi xəbərdarlıq olmalıdır.
Lim10.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
2009-cu ildə Yaponiyanın nadir torpaq metalları idxalının 85 faizi Çindən asılı idi. 2010-cu ildə Çin bu üstünlüyünü diplomatik vasitə kimi istifadə edib. Belə ki, Çin balıqçı gəmisi Yaponiyanın nəzarətində olan və Pekinin də iddia etdiyi adalar yaxınlığında Yaponiya sahil mühafizəsi ilə toqquşub. Yaponiya gəminin kapitanı və heyətini saxlayıb, bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Həmin dövrdə Yaponiyada bu metalların idxalı ilə məşğul olan şirkətlər ciddi təchizat problemləri barədə məlumat veriblər. Pekin isə rəsmi şəkildə hər hansı məhdudiyyətin tətbiq olunduğunu inkar edib.
Kapitan Çinin təzyiqi ilə azad edildikdən sonra bir neçə ay ərzində vəziyyət nisbətən sabitləşib. Lakin Yaponiya dərhal alternativ təchizat mənbələri axtarmağa başlayıb. Tokio hökumətinin ən mühüm addımlarından biri Avstraliyanın "Lynas Rare Earths" şirkəti ilə razılaşma əldə etmək olub. Bu razılaşma müəyyən kömək göstərsə də, Çinin bazardakı hökmranlığını tez bir zamanda zəiflətmək üçün yetərli olmayıb.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Yaponiya Metal və Enerji Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin məlumatına görə, ötən il də elektronika, avtomobil sənayesi və silah istehsalında geniş istifadə olunan nadir torpaq metalları idxalının təxminən 70 faizi Çindən həyata keçirilib. Bu ilin aprelində Pekin bu metallara ixrac məhdudiyyəti tətbiq etdikdə, bir sıra yapon avtomobil istehsalçıları yenidən təsirlənib.
"The Wall Street Journal" qeyd edir ki, Yaponiyanın bu sahədəki təcrübəsi ABŞ üçün önəmli dərs olmalıdır və təchizat təhlükəsizliyi ilə bağlı arxayınlıq təhlükəlidir.
Tokio Universitetinin Dövlət Siyasəti üzrə Ali Məktəbinin professoru Kadzuto Suzukinin sözlərinə görə, əgər xərc amili nəzərə alınmasa, Çindən asılılığı azaltmaq mümkündür. Lakin biznes yüksək xərcləri qarşılayacaq durumda deyil.
Əvvəlki məlumatlara əsasən, bu ilin may ayında Çindən nadir torpaq məhsullarının, o cümlədən güclü maqnitlərin ixracı son beş ilin ən aşağı səviyyəsinə düşüb. Lakin iyun ayında ixrac əvvəlki ayla müqayisədə yeddi dəfədən çox artıb. Bu artım, "Nvidia" şirkətinin "H20 AI" çiplərinin Çinə satışını bərpa etməsi ilə bağlı ABŞ-la bağlanmış nadir torpaq mineralları və maqnitlərinin təchizatı üzrə yeni müqavilələrlə əlaqələndirilir.