Rusiyanın gələcəyi bundan asılıdır - Volodin

Rusiyanın və digər ölkələrin gələcəyi Rusiyanın xüsusi hərbi əməliyyatda qələbəsindən asılıdır.

Lim10.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Rusiyanın gələcəyi və ümumiyyətlə, planetimizdə sülh xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdan asılıdır. Qələbə bizim üçün son dərəcə vacibdir. Bu, təkcə bizim deyil, digər dövlətlər üçün də gələcəyə sahib olmaq imkanıdır. Çünki yalnız çoxqütblü, ədalətli dünya nizamının qurulması müstəqil dövlətin inkişaf imkanını təmin edəcək”, - Volodin bildirib.