İranda İsrail-Azərbaycan əlaqələrinin araşdırılacaq
Tehranda “Əllamə Təbatəbayi” Universiteti yanında “ATNA” xəbər ajansı və “Əbrar-e Müasir” Araşdırmalar İnstitutu İsrail-Azərbaycan əlaqələrinə dair ixtisaslaşdırılmış toplantı keçiriləcək.
Tədbirdə çıxış edəcək şəxslər bunlardır: İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin, Qafqaz regionu üzrə iranlı ekspert Rəsul İsmayılzadə, İranın Naxçıvandakı keçmiş mədəniyyət attaşesi Seyid Rza Mirməhəmmədi və azərbaycanlı “ekspert” Orxan Məhəmmədov (İranda gizlənərək kəskin anti-Azərbaycan çıxışları edən).
Tədbirin aparıcısı “Əllamə Təbatəbayi” Universitetinin müəllimi və “ATNA” xəbər ajansının baş redaktoru Ehsan Muvəhhediandır.
Toplantı avqustun 17-i çərşənbə günü, yerli vaxtla səhər saat 10:00-dan 12:00-ə qədər Tehranın Əbrar-e Müasir Araşdırmalar İnstitutunda keçiriləcək və institutun https://instagram.com/tehraninstitute İnstagram hesabı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Tehranın İslam həmrəyliyi, qonşuluq, dostluq prinsiplərinə zidd olaraq işğalçı Ermənistana hərtərəfli dəstəyinə nədənsə göz yuman və bütün qonşuları ilə gərgin münasibətləri olan İranın rəsmiləri və mediası Azərbaycan Cumhuriyyətinin xarici siyasətinə və əlaqələrinə müdaxilə etməyi öz daimi peşəsinə çevirib.
https://bit.ly/3bVd3BN