Ötən il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını artırıb

2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.

Lim10.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü il ilə müqayisədə olaraq 78 mənzil və ya 9 % çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 113 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq mənzil və ya 2,7 % çoxdur.

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 5-ci yerdə qərarlaşıb.