Sankt-Peterburqun ən böyük internet provayderlərindən biri olan “AirNet” şirkəti haker hücumuna məruz qalıb.
Lim10.az xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hazırda şirkətin müştərilərinin ev interneti və rabitəsi kəsilib:
“Provayderin serverləri tamamilə sıradan çıxıb, şirkət işçilərinin onlara giriş imkanı yoxdur və onlar öz iş kompüterlərindən istifadə edə bilmirlər. Provayderin veb-saytı da işləmir, istifadəçilər ona daxil olmağa çalışdıqda xəta görünür”.
Qeyd edək ki, bir neçə gün öncə "Aeroflot" şirkətinin də serverləri haker hücumuna məruz qalmış, şirkətin fəaliyyəti iflic olmuşdu.