ABŞ Türkiyəyə 15% gömrük rüsumu tətbiq edib.
Lim10.az xəbər verir ki, bununla bağlı Ağ Evin verdiyi açıqlamada Donald Trampın bəzi ölkələr üçün tarif dərəcələrinin qarşılıqlı əsasda dəyişdirilməsinin zəruri və məqsədəuyğun olduğuna qərar verdiyi qeyd olunub.
ABŞ liderinin imzaladığı sərəncama əsasən, ölkələrin 10 faizdən 41 faizə qədər tariflər tətbiq edəcəyi gözlənilir.
Bu çərçivədə Hindistana 25 faiz, İndoneziyaya 19 faiz, İraqa 35 faiz, İsrailə 15 faiz, Malayziyaya 19 faiz, Norveçə 15 faiz, İsveçrəyə yüzdə 39, Suriyaya yüzdə 41, Tayvana 20, Vinanama isə 20 faiz tariflərin tətbiqi planlaşdırılır.
Türkiyəyə 15 faiz gömrük rüsumunun tətbiq ediləcəyi gözlənilir.
Sözügedən tarif dərəcələri sərəncamın dərcindən 7 gün sonra qüvvəyə minir.
Tramp həmçinin Kanada mallarına tətbiq edilən tarif dərəcəsini 25 faizdən 35 faizə qaldıran sərəncam imzalayıb.
Mürtəza