İngiltərənin paytaxtı Londonda 12 min ədəd "Samsung Galaxy" telefonunu daşıyan yük maşını oğurlanıb.
Lim10.az xəbər verir ki, hadisə Hitrou hava limanı yaxınlığında baş verib.
“Yonhap News TV”nin məlumatına görə, oğurlanan telefonlar arasında ən son model 5000 ədəd "Galaxy Z Fold7", "Z Flip7", 5000 ədəd "Galaxy Watch8" olub.
Qeyd edək ki, "Fold7" və "Flip7"ni Z seriyasındakı ən nazik və ən qabaqcıl modellər hesab olunur.
Bundan əlavə olaraq oğurlanan modellər arasında çoxlu sayda "Galaxy S25" və "Galaxy A16" modelləri olduğu bildirilir.
Yük maşınında olan əşyaların ümumi dəyəri təxminən 9,6 milyon dollar qiymətləndirilir.
Polisin araşdırması nəticəsində oğurlanan yük maşını tapılsa da, yük maşınının içərisində olan "Samsung" məhsullarının taleyi qeyri-müəyyən olaraq qalır.
Hadisənin yük maşını anbara köçürüldükdən sonra baş verdiyini ehtimal edilir. Bütün məhsullar sığortalandığı üçün şirkət üçün birbaşa maliyyə ziyanı dəyməyib.
Mürtəza