ABŞ prezidenti Donald Tramp bu dəfə Ağ Evin damına çıxmaqla gündəmi zəbt edib.
Lim10.az xəbər verir ki, Tramp nümayəndə heyəti ilə birlikdə Ağ Evin damında gəzərkən görüntülənib.
Jurnalistlərin “Cənab prezident, orada nə işin var?” sualını cavablandıran Tramp, “Bir az gəzirəm”, - deyib.
Tramp damda gedərkən, Ağ Evə bu yaxınlarda elan edilən yeni bal zalının əlavə edilməsi ilə bağlı bəzi əl hərəkətləri edib.
Bir jurnalistin "Nə tikəcəksiniz?" sualına Tramp ironik cavab verib: “Raketlər, nüvə raketləri...”, - deyə gülüb.
Ağ Evin mətbuat katibi Karolin Leavitt də hadisə ilə bağlı açıqlama verərək bildirib ki, 150 ildir prezidentlər, administrasiyalar və Ağ Evin işçiləri daha çox qonaq qəbul edə biləcək daha böyük bir tədbir sahəsi arzusunda olublar. “Prezident Tramp gələcəkdəki administrasiyalar və Amerika xalqı adından bu problemi həll etməyə sadiqdir”, - o qeyd edib.
Tramp vəzifəyə gəldikdən sonra Ağ Evdə edilən digər dəyişikliklərə Şimal və Cənub çəmənliklərinə bayraq dirəklərinin əlavə edilməsi və Gül bağının yenidən asfaltlanması daxildir.
Mürtəza