Çin səddini tikən imperatorun mirası - Kəndlilər ondan qalan heykəlləri satmaq istəyiblər

1974-cü ilin mart ayında quyu qazan bir neçə kəndli təsadüfən Budda heykəli olduğunu düşündükləri abidəyə rast gəliblər. Dindar olduqlarına görə onlar heykəl qarşısında hərarətlə dua etməyə başlayıblar. Daha kəndlilər quyu qazmağa davam edərkən onlarla bərbad heykəl aşkar ediblər. Fermerlər xəzinələri yerli bazarda satmaq qərarına gəliblər.

Özü də bir neçə heykəli 10 yuana satışa çıxarıblar. Satıcı olmadığı üçün heykəllər bazarda uzun müddət qalıb. Lakin burada arxeoloji tapıntılardan anlayışı olan insanlar heykəllərin əsl qiymətini anlayıblar. Lim10.az xəbər verir ki, arxeoloqlar heykəllərin aşkar edildiyi ərazini qazmağa başlayıblar və tezliklə bütöv bir ordunu üzə çıxarıblar.

cnn-3.jpeg (231 KB)

Çinin 2200 il əvvəl yaşamış ilk imperatoru Sin Şi Xuandi inanılmaz dərəcədə varlı və dəyərli şeylərə pul xərcləyən şəxs olub. Onun imperator fərmanı ilə 56 kv.km ərazini əhatə edən dəfn kompleksi tikilib və onun mərkəzində hündür, süni şəkildə yaradılan, dağa bənzəyən, saysız-hesabsız sərvətlərlə dolu bir kurqan salınıb. Kompleksin tikintisinə Terrakota ordusu tərəfindən qorunan 700 min məhkum göndərilib və tikintinin özü 40 il davam edib.

Tikilidə böyük imperatorun olduğu qızıl sarkofaqla yanaşı, dövrün zərgərlik məmulatları və qiymətli sənət əşyaları, bütün rütbəli məmurların gil fiqurları, daha doğrusu, onların dəqiq surətləri olub. Bütün kompleks potensial oğruların qarşısını almaq üçün nəzərdə tutulan tələlərlə, o cümlədən civədən hazırlanan süni çaylarla təchiz edilib.

cnn-4.jpeg (227 KB)

Atasının ölümündən sonra imperatorun oğlu və varisi bütün cariyələrin dəfn edilməsini əmr edib. Dəfn kompleksi möhürlənməzdən əvvəl sirri yaymasın deyə bütün inşaatçılar da basdırılıb. Təpənin görünməməsi üçün isə üstündə ot və ağaclar əkilib.

XX əsrin əvvəllərində bu bənd geofiziki tədqiqata məruz qalıb. Bu araşdırma nəticəsində məlum olub ki, yer səthinin altında həqiqətən də simmetrik, hündür pilləkənləri, mürəkkəb şəkildə bükülmüş sütunları və uzun dəhlizləri olan strukturlar var. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 at ilə 8000 əsgər, 130 döyüş arabası və 150 suvarinin olduğu təxmin edilib.

Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən kompleksdə Sin Şi Xuandi dəfn edilən yeganə şəxs olmayıb. Şimal hissəsində varlı saray əyanlarının və 17 şahzadənin məzarları, həmçinin damazlıq atlar olan tövlə və sevimli ev heyvanlarının dəfn yerləri də mövcuddur.

cnn-5.jpeg (247 KB)

Bu yaxınlarda Xuandinin varisinin məzarı da aşkar edilib və onun yanında qızıldan hazırlanan bəzəklər ilə ağzına qədər doldurulmuş 10 çuxur və altı terakota atı olan iki araba olub. Bu il sülalənin varisinin daha bir məzarı aşkar edilib ki, orada 6000 qızıl sikkə, qızıl dəvə heykəlcikləri, zirehlər, zinət əşyaları aşkar edilib.

Sin Şi Xuandi həqiqətən böyük bir imperator olub. O, 13 yaşında taxta çıxıb və uzun sürn hökmdarlığı dövründə nəinki ayrı-ayrı ölkələri böyük bir imperiyada birləşdirib, bu günə qədər dünyanın heç bir yerində bənzəri olmayan möhtəşəm abidə kompleksi tikməyə nail olub. O, həm də ölkəsini göy türklərin hücumundan qoruyan məşhur Böyük Çin səddini tikib.

cnn-6.jpeg (107 KB)

Sin sülaləsinin qurucusu Sin Şi Xuandi haqqında belə deyib: “O, ölü olsa belə, təhlükəlidir”. Bu hökmdar haqqında onun məşhur Terakota ordusunda əsgərlərin sayı qədər əfsanə var. Dəqiq bilinən odur ki, o, yeddi bəyliyi fəth edib və geniş bir dövlətin hökmdarı olub. Onu 40 mahala bölüb və bununla da yerli zadəganları zəiflədib. Xuandi, pul vahidi, arabanın eni və heroqliflərin yazısı üçün vahid standart yaradıb, faktiki olaraq bütün tarixi əsərlərin yandırılmasını əmr edib. Çin üçün özünün yazacağı yeni səhifə açıb.(musavat.com)