Prezident Donald Tramp önoyabrın 26-da Ağ Evin yaxınlığında ABŞ Milli Qvardiyasının üzvlərinə silahlı hücum nəticəsində 2 hərbçinin yaralanmasından sonra xalqa müraciət edərək miqrantların ölkədən kütləvi deportasiya ediləcəyini bəyan edib.
Lim10.az xəbər verir ki, Tramp müraciətində keçmiş prezident Co Baydenin dövründə ölkəyə gələn bütün əfqanların yenidən yoxlanılmasını tələb etməklə yanaşı, Vaşinqtonun ABŞ-a faydası olmayan hər kəsi ölkədən çıxarmaq üçün addımlar atacağını bəyan edi.
"Əvvəlki administrasiya dünyanın hər yerindən, haqqında bilmək belə istəmədiyiniz yerlərdən 20 milyon naməlum və yoxlanılmamış əcnəbini ölkəyə buraxıb. Heç bir ölkə bu cür riskə dözə bilməz... Biz Baydenin dövründə Əfqanıstandan ABŞ-a daxil olan hər bir əcnəbini yenidən yoxlamalı və biz bütün lazımi addımları atmalıyıq ki, bizim ölkəyə aidiyyatı olmayan hər hansı bir əcnəbini bu ölkədən uzaqlaşdırmalıyıq”, - Tramp bəyan edib.
Mürtəza



















