Əxlaqsız təklif alan xadimə diş həkimini bıcaqladı
14:05:55Gəncədə stomatoloqu bıçaqlayan 33 yaşlı qadın məhkəmə qarşısına çıxarılıb.
Hadisə 2021-ci ilin dekabrın 6-da səhər saat 07:45-də şəhərdəki “Lukoil” yanacaqdoldurma məntəqəsində baş verib.
1989-cu il təvəllüdlü Günel Aslanova (soyadlar şərtidir) Hərbi Hospitalın Stomatologiya bölməsində həkim stomatoloq vəzifəsində işləyən, tibb xidməti baş leytenantı Vüsal Qədirovu çoxsaylı zərbələrlə bıçaqlayıb.
Məlum olub ki, hadisədən bir neçə gün əvvəl səhər işə gələrkən Günel Vüsalın avtomobilinə əl edib və onu Gəncəyə aparmasını xahiş edib. Bundan sonra onlar avtomobildə bir-birlərinə telefonlarını veriblər. Vüsal evli olsa da, Günelə subay olduğunu deyib və hər gün həmin yoldan keçdiyini, yanacaqdoldurma məntəqəsində xadimə işləyən 33 yaşlı qadını səhərlər iş yerinədək apara biləcəyini deyib. Lakin qısa müddət sonra Vüsal həmin qadına əxlaqsız təkliflər etməyə başlayıb və oteldə görüşməyə israr edib.
Bundan sonra onların münasibəti pozulub və Günel ona əxlaqsız təkliflər edən şəxsin evli olmasını da öyrənərək ondan qisas almaq niyyətinə düşüb. O, səhər evdən çıxarkən bıçaq götürüb və Vüsalla otlə getməyə razı olduğunu deyib. Günel evdən çıxarkən azyaşlı oğlunu da özü ilə götürüb və onu bağçaya aparacağını deyib.
Onlar. “Lukoil” məntəqəsinə çatdıqda Günel qəfildən Vüsala hücum edib və onu bıçaqlamağa başlayıb. Vüsal maşından düşərək qaçıb, Günel də sürücü tərəfdəki qapıdan onun arxasıyca qaçaraq bıçaq zərbələrini davam etdirib. Məntəqə əməkdaşları onları ayırmağa nail olub və baş leytenant avtomobilinə əyləşərək uzaqlaşıb. O, dərhal işlədiyi hospitala gəlib və təbbi yardım alıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Günelin ilk dəfə cinayət törətməsi, azyaşlı övladının olması və sair nəzərə alınaraq ona şərti cəza verilib və azadlıqda qalıb.