Almaniya İraqdakı hərbi mövcudluğunu uzadır

Almaniya hökuməti İraqda yerləşən silahlı qüvvələrinin mandatını NATO-nun İŞİD-lə mübarizə missiyasının bir hissəsi olaraq 31 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

Lim10.az xəbər verir ki, qərarın Bundestaq tərəfindən təsdiqlənməsi gözlənilir.

Mandatın uzadılması iki əsas vəzifəni əhatə edir: İŞİD-lə mübarizə və təlim, koordinasiya yolu ilə yerli qüvvələrin potensialının artırılması. Əsgər sayı 500 və məsləhətçi ilə məhdudlaşır, rotasiya dövrlərində müvəqqəti artımlar mümkündür.

2015-ci ildən bəri Almaniya qoşunları Beynəlxalq Koalisiyanın bir hissəsi olaraq İŞİD-ə qarşı mübarizəni dəstəkləyir.

Elvin

Lim10.az