Tehran Vaşinqtonla razılığa gəlməsə və raket proqramını həyata keçirməyə davam edərsə, ABŞ İrana yenidən zərbə endirə bilər.
Lim10.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər. "Nüvə proqramının yenidən bərpası uzun müddət çəkəcək, amma bizimlə razılaşma olmadan bərpa olmaq istəsələr, biz də onu məhv edəcəyik. Onların raketlərini çox tez məhv edə bilərik", - ABŞ prezidenti bildirib.
Mürtəza



















