Makronun Epşteynlə əlaqələrinin araşdırılması tələb olunur

Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippо Prezident Emmanuel Makronun amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinin araşdırılmasını tələb edib.

Lim10.az xəbər verir ki, Filippо bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Makron əvvəl Fransanın iqtisadiyyat naziri, daha sonra isə prezident olduğu dövrdə Epşteynlə birbaşa və ya vasitəçilər vasitəsilə işgüzar əlaqələr saxlayıb. Onun sözlərinə görə, bu məlumatlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə əksini tapıb və vəziyyət ölkənin milli təhlükəsizliyi üçün risk yarada bilər.

Müxalifət lideri rəsmi araşdırmanın aparılmamasını sərt tənqid edərək bu məsələnin təcili şəkildə hüquqi müstəvidə araşdırılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, açıqlanan sənədlərə əsasən, Makronun 2016-cı ildən etibarən BƏƏ-dən olan vasitəçi üzərindən Epşteynlə işgüzar təmaslar saxladığı iddia olunur.