Türkiyənin məşhur aktyoru Ufuk Özkan qaraciyər çatışmazlığı səbəbindən bu gün orqan transplantasiyası əməliyyatı keçirib.
“Lim10.az ” xəbər verir ki, uzun və çətin əməliyyatdan sonra Özkanın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verilib.
“Təxminən 10-11 saat davam edən texniki cəhətdən çətin bir əməliyyat idi. Xəstənin əvvəlki cərrahi əməliyyatları prosesi daha da çətinləşdirdi. Lakin komanda olaraq əməliyyatı heç bir problem olmadan başa vurduq və nəticədən məmnunuq. Xəstəmizi yaxından izləyəcəyik”, - deyə qeyd edilib.
Həmçinin bildirilib ki, Ufuk Özkanın reanimasiya dövründən sonra yaxın günlərdə adi palataya köçürülməsi planlaşdırılır.
Xatırladaq ki, 2023-cü ildə qaraciyər çatışmazlığı diaqnozu qoyulan və təxminən iki ildir müalicə alan Ufuk Özkan səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmiş, daha sonra donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı.
Qeyd edək ki, “Geniş Aile”, “Zengin kız, fakir oğlan” kimi məşhur seriallarda rol alan aktyor həm də “Ben Bilmem Eşim Bilir” proqramının aparıcısı olaraq tanınır.



















