Biləsuvarda elektrik dirəkləri orta əsirlərdən qalıb

Qeydə alınan artıq sərfiyyat hesabına yığılan pullar kimin cibinə axır?!


Son illər ölkədə əhalininn fasiləsiz elektrik enerjisi ilə təminatı sahəsində məqsədyönlü işlər aparılır. Bu məqsədlə bir necə il bundan əvvəl Dövlət Proqramı da hazırlanıb. Proqrama əsasən, elektrik enerji istehsalını artırmağa imkan verəcək yeni mənbələrin işə salınması və mövcud infrastrakturun yeniləşdirilməsi nəzərdə tutulmuşdu. Hazırda ölkəmizdə elektrik enerji istesal edən stansiyaların gücü 7,172.6 MVt- a catır. Bunları rəsmilər deyir.

Əfsuslar olsun ki, nəzərdə tutulan proqramı “Aşərişıq” ASC-nin həyata kecirə bilməsi şübhələr doğurur. “Azərişıq” ASC-nin Təchizat idarəsi  - "Regional Təchizat" MMC-ləri hər rayonda Elektrik Şəbəkəsini  nəzdində fəliyyət göstərit. Bu qədər qondarma təşkilata malik olan “Azərişiq” ASC-də vətəndaşların şikayətləri bəzi məmurların ambisiya maraqlarına xidmət edir, desəm, yanılmaram. Adicə, sovet dövründən qalma elektrik dirəkləri, naqillərin yararsız vəziyyətdə olması, aşağıdan yuxarı orqanlara şikayıtlərə ümumiyyıtlə baxılmır. “Azərişıq” ASC Biləsuvar bölməsində ciddi kadir çatışmazlığı hiss edilir. İdarədə elektrik mühəndislərini barmaqla saymaq olar.

Deyilənlərin fonunda Biəsuvar rayon Elektrik Şəbəkəsində kitab- dəfrər yerli-dibli itib. Elektrik Şəbəkəsi idarəsində kadralın secilməsi bazar qanunlarına uyğun aparılır. Daha doğrusu şəbəkədə işə götürənlərin əsas hissəsinin ixtisası bu sahəyə uyğun gəlmir. Biləsuvar rayon elektrik şəbəkəsində işləyən mühəndis- texniki işcilərin 85- 90 faizi qeyri-peşə saibləridir. Hətta, elektrik mantyorların sayı-hesabı “n” qədər olsa da, onların əksəriyəti elektrik dirəyinə cıxa bilmir, sadəcə olaraq, elektrik mantyor kimi adı gedir. Bu və ya digər səbəblərdən rayonda elektrik enerjisinin verlişində fasilələr yaranır. Mühəndis-texniki işcilərin elektrik enerjisi haqqında sadə anlayışları belə yoxdu.

Biləsuvar rayon Elektrik Şəbəkəsini əhatə edən ərazilərdəki kənd və qəsəbələrdə sovet dönəmindən qalma elektrik dirəkləri, hava xətləri yararsız olduğundan bir balaca yel əsən kimi naqillər qırılıb, yerə tökülür. Belə hadisələr nəticəsində vətəndaşların elektrik vurmasından dünyasını dəyişməsi halları da az olmayıb. Şəbəkədə calışan mütəxəssislər qeyri-peşəkar olduğundan transformatorlar bir xətt üzərində yerləşdirilib ki, bu da rayonun  enerketika sisteminin təhlükəli vəziyyətə gətirib cıxarıb.

Digər əsas problemlərdən biri də transformatorların istismar müddəti başa catdəğından, qoruyucular, acarların tam yararsız vəziyyətə düşməsıdır. Elektri xəttlərinin yararsız olması nəticəsində fantastik elektrik enerrjisi itksi yaranır.

Təbii ki, enerji itgiləri vətəndaşların hesabına silinir. Bir necə il bundan əvvəl Biləsuvar rayonun Bakı- Astara magidtral yoluna yaxın ərazilər müasir elektrik avadanlıqlar ilə yeniləndi. Rayonun kənd qəsəbələrindəki köhnə transformatorlar rənglənib, yazarlarla əhatəyə alındı. Guman etmək olar ki, bütün bunlar "yeni avadanlıq" görüntü yaratmaq məqsədi daşıyırdı.

Yuxarıda söylədiyim məsələləri yerindəcə araşdırmaq ücün Biləsuvar rayon Elektrik Şəbəkəsi idaəsinin direktoru Rafail Məmədovun qəbulunda olmağa calışdım. İdarə binası cox yaraşıqlı, müasir memarlıq üslubu ilə tikilmiş iki mərtəbli binada yerləşir. Mebel, avadanlıqlar, mühasir kompyuterlər, mütəxəsislər hərəsi ayrı kabnetlərdə, yayda kondinsenerlə sərinləşdirilir, qışda komi ilə qızdırılır.

Nəhayət güc-bəla ilə direktorun qəbuluna düşə bildim. Direktorun kabineti də şah otağına oxşayır. Biləsuvar rayon və onu əhatə edən kənd və qəsəbəsindəki elektrik təsərüfatının bərbad olmasının səbəblərinə aydınlıq gətirilməsini xahiş etdim. Direktor gələcək iş planlarından ağız dolusu danışdı, əlbəttə, bu bir nağıl idi. Elektrik sayğacların düzgün işləməsindindən söz açdım, sayğacların yenisi ilə əvəz edilməli olduğunu vurğuladım. Direktor Rafail Məmmədov, sayğac göstəricisini köhnə illərlə müqayisə etməklə vəziyyətdən yayınmağa calışdı. Direktorun sözlərindən belə çıxdı ki, rayonda işıq pulu gözəyarı hesablanaraq yığılır. Amma ..., amması ondadı ki, indi 21-ci esirdir, elektrik sayğaclarının doğru işləməsini yoxlanmaq üçün qızıl qanunları var. Sayğacları sadə üsulla da yoxlamaq okar. Məsələn,  100vt gücündə bir saat yanmaqla, 100vt gücündə lampanı bir saat yandırmaqla sayğacın duz işləyib-işləməməsini yoxlamaq mümkündür. Bu üsulla onlarla sayğacı yoxladıq, nəticə göz qamaşdırır. Kəndlərdəki sayğaclar 3-40 faiz artıq elektrik sərfiyyatı qeydə alır.  olmalıdı. L

Direktor mənimlə razılaşdı və söz verdi ki, mənim iştirakım ilə səxsən özü gəlib yoxlayacaq. O vaxtdan aylarla vaxt kecib. Hələ də Biləsuvar rayon Elektrik Şəbəkəsinin direktoru Rafail Məmmədovun yolunu gözləyirik. Gələn kimi sizləri də məlumatlandıram.

“Azərişiq” ASC-nin rəhbərləri deyilənlərdən xəbərdar olsalar da, Biləsuvar rayon Elektrik Şəbəkəsindəki özbaşnalığa əncam cəkmək istəmir. Görünür bu hallar onların öz maraq dairəsindədir. Vəssalam!

Əlizadə Nəhmədağaoğlu