Azərbaycanda 10-dan çox BANK bağlana bilər - SƏBƏB

"Muğan Bank"ın lisenziyası ləğv edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə "Muğan Bank" ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar "Muğan Bank" ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

 

Həmçinin Azərbaycanda yaxın dövrlərdə Ata bank, Günay bank kimi digər özəl bankların da fəaliyyəti dayandırılıb. Özəl bank sektorunda çöküşün əsas səbəbləri nələrdir?

 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Referans.az-a açıqlamasında bildirib ki, belə bankların sıradan çıxmasının əsas səbəbi ölkədə bankların sayının həddindən artıq olmasıdır.


 

“Müəyyən bir dövrdə Azərbaycanda çox sayda banklar yaradıldı. Demək olar ki, hər bir oliqarxın, biznesmenin özü üçün bir bank yaratmışdı. Bu banklar həmin inhisarçının, biznesmenin pul kisəsi kimi fəaliyyət göstərirdi. Həmin dövrdə Azərbaycanda 46 bank var idi ki, bu qədər bankın olması Azərbaycan iqtisadiyyatı üçün çox böyük rəqəmdir. Bu bankların zaman keçdikcə təmərküzləşməsinə ehtiyac var idi. Ona görə də Azərbaycan höküməti nizamnamə kapitalının artırılması ilə bir neçə banklar bağlandı və ya konsendasiya etdi. Bununla da təxminən bankların siyahısı 25-ə çatdı”.

 

Ekspert qeyd edib ki, bankların bağlanmasının obyektiv və subyektiv səbəbləri var.

“Bankların bağlanması onlarınn müflisləşməsi ilə də bağlıdır. Bunun müxtəlif səbəbləri var. Problemli kreditlər, iqtisadiyyatın kiçilməsi, bankların payının həddindən artıq aşağı düşməsi bu səbəblərdəndir. Bağlanan banklar Mərkəzi Bankın elan etdiyi bağlanma qərarına qədər Mərkəzi Banka təqdim etdikləri hesabatlarında belə görünür ki, bankın vəziyyəti çox yaxşıdır. Təbii ki, bir günün içində bank müflis elan oluna bilməz. Mərkəzi Bank bilir hansı bank nə vəziyyətdədir. Bunu bilərək, həmin banklarda həqiqətə uyğun olmayan hesabat qəbul edir. Bu, vətəndaşı aldatmaq, pis vəziyyətdə qoymaq deməkdir. Buna görə həm Mərkəzi Bank, həm də Muğan Bank kimi bağlanan digər banklar məsuliyyət daşıyır. Bankların müflisləşməsi təbii haldır, bu bir fəlakət deyil. Azərbaycan iqtisadiyyatı üçün 10 bank kifayətdir”.

 

Akif Nəsirli hazırda fəaliyyət göstərən bankların təxminən yarısının da bir müddət sonra fəaliyyətini dayandıracağını düşünür.

O, həmçinin fəaliyyətini dayandıran banklarda kreditorların və əmanət sahiblərinin aqibəti haqqında da danışıb.

 

“Bank bağlandıqda “Bankın ləğvetmə komissiyası” yaradılır. Kreditlər razılaşma yolu ilə başqa bir bank hesablarına köçürülür. Bununla da, kreditorlar artıq aylıq kredit məbləğlərini eyni şəkildə həmin banka ödəyirlər. Əmanətlər və digər borclar bankın aktivləri hesabına geri qaytarılır. Bankın geri qaytara bilmədiyi hissəni isə Əmanətlərin Sığortalanması Fondu ödəyir. Sığortalanmayan əmanətlərə gəldikdə isə, hüquqi cəhətdən bank bu əmanətlər üçün məsuliyyət daşımır”.

 

 

Ekspert əmanətlərini sığortalamamış vətəndaşların bu məsələni mübahisələndirib məhkəmə vasitəsilə batmış əmanətlərini geri qaytarmağa cəhd edə biləcəklərini də vurğulayıb.

 

 

Fidan Vəliso